Üç tondan artıq yararsız dondurma məhv edildi


Digərləri 06 Yan 2022 19:00:00 121 0

Üç tondan artıq yararsız dondurma məhv edildi

"AZ FP CO LTD" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442.50 kq müxtəlif növ dondurma məhsulları "Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.