"Bu mövzunu müzakirə etmək yersizdir"


Şou-biznes 06 Yan 2022 19:18:00 181 0

"Bu mövzunu müzakirə etmək yersizdir"

Əli Mirəliyev Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandıraraq ünvanına bu sözləri səsləndirmişdi:

"İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyur. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!".

Son.az xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a açıqlamasında ifaçı Afət Fərmanqızı isə bildirib ki, elə sənətkarlar var ki, onları müzakirə etmək, onlara toxunmaq olmaz: 

"Hər insanın istənilən mövzuya müxtəlif yanaşma tərzi və fikri var. Yaxşı olardı ki, bu mövzu ilə bağlı muğam ifaçıları fikirini bildirəydi. Düşünürəm ki, Alim Qasımovun səsi də, sənəti də, insaniyyəti də müzakirə edilməməlidir. Çünki Alim Qasımov mənim üçün nömrə birlərdəndir. İki, üç ən sevdiyim sənətkar varsa onların sırasında elə ən birincisi dünyaca məşhur sənətkarımız Alim Qasımovdur. Bu mövzunu müzakirə etmək yersizdir".