"Omikron ştamının Azərbaycana gəlmə riski böyükdür"


Digərləri 06 Yan 2022 18:12:00 285 0

"Omikron ştamının Azərbaycana gəlmə riski böyükdür"

COVID-19-un Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür.

Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə pandemiya ilə bağlı epidemioloji durum stabildir.

"Bayram günlərində insanların təmasları ilə bağlı əhəmiyyətli artımın olması düşünülmür. Lakin Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür. Hələ ki, bu ştamın Azərbaycanda olması rəsmi təsdiqlənməyib. Lakin bu zaman məsələsidir və Omikron ştamının Azərbaycanda aşkarlancağı halda yoluxma saylarında artımın olacağı proqnozlaşdırıla bilər" - T.Eyvazov əlavə edib.