"Ebru Gündeş kasıbla eşq yaşamaz"


Şou-biznes 06 Yan 2022 18:18:00 197 0

"Ebru Gündeş kasıbla eşq yaşamaz"

Müğənni və aparıcı Seren Serengil keçmiş həyat yoldaşı Yaşar İpeyin Ebru Gündeşlə adının hallanmasına münasibət bildirib.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi "Söylemezsem olmaz" proqramında ad çəkmədən bu eşq iddiasından danışıb.

Serengil Ebrununun kasıb bir bəylə sevgili olmayacağını söyləyib:

"Ebrunun belə kasıb, pulsuz biri ilə xəbəri çıxanda inanmıram. O, imkansız şəxslə eşq yaşamaz. Əvvəl sevgili olardı, indi yox. Bəzən belə xəbərlər insanları gündəmə gətirmək üçün yayılır. Sonra da yalanlayırlar".