Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır
Dünya 06 Yan 2022 18:24:00 120 0
Respublikaçılar Partiyası 2022-ci ildə Nümayəndələr Palatasına geri qayıda bilsə, ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi planlaşdırır.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Texasdan olan senatoru Ted Kruz bildirib.
Senatorun sözlərinə görə, respublikaçılar keçmiş prezident Donald Trampa demokratların impiçment cəhdinə görə belə cavab verməyi planlaşdırır.
Kruz Respublikaçıların Nümayəndələr Palatasında qələbə şansının 90%, Senatı geri qaytarma şansının isə 50% olduğunu bildirib.
Mənbə: milli.az