Bakıda qadını avtomobil vurub


Digərləri 05 Yan 2022 07:32:00 216 0

Bakıda qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb. Südçülük Sovxozu adlanan ərazidə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1986-cı il təvəllüdlü Hümbətova Sevinc Azad qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.