Bakıda gənc qadın üz və boğazından bıçaqlanıb


Kriminal 05 Yan 2022 07:47:00 152 0

Bakıda gənc qadın üz və boğazından bıçaqlanıb

Bakının Nizami rayonunda qadın bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Keşlə qəsəbəsində baş verib. Marketin qarşısında Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Pərvanə Canbaxış qızı tanıdığı oğlanın hücumuna məruz qalıb. Onun üzünə və boğazına ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.