Bakıda motosikletçi betona çırpılıb


Digərləri 05 Yan 2022 07:21:00 139 0

Bakıda motosikletçi betona çırpılıb

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb. 1987-ci il təvəllüdlü Bəşirli Sərxan Zülfi oğlu idarə etdiyi motosikletlə yoldakı beton arakəsməyə çırpılıb. Motosiklet sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.