Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib


Dünya 05 Yan 2022 07:26:00 132 0

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.