Rusiya – NATO Şurasının iclasının gündəliyi


Dünya 04 Yan 2022 23:54:00 145 0

Rusiya – NATO Şurasının iclasının gündəliyi

Yanvarın 12-nə təyin edilmiş Rusiya - NATO Şurasının iclasının gündəliyinə Avropada təhlükəsizlik, Ukraynadakı vəziyyət və hərbi şəffaflıqla bağlı məsələlər daxildir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabında yazıb.

"Mən Avropada təhlükəsizlik, Ukraynada son vəziyyət, risklərin azaldılması və qarşılıqlı şəffaflıq məsələlərini müzakirə etmək üçün yanvarın 12-nə Rusiya - NATO Şurasının iclasını çağırdım" - deyə, Alyansın rəhbəri bildirib.