Azərbaycan Gürcüstana ən çox yanacaqı i


Digərləri 04 Yan 2022 23:59:00 166 0

Azərbaycan Gürcüstana ən çox yanacaqı i

2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan yanacaq-sürtkü materiallarının idxalını 2020-ci ilin eyni dövrü ilə müqayisədə (319,8 milyon dollar) 6,5 faiz artıraraq 340,9 milyon dollara çatdırıb.

Son.az xəbər verir ki, bu barədə Trend Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Gürcüstan həmçinin 2021-ci ilin noyabr ayında da Azərbaycandan yanacaq-sürtkü materialları idxalını 2020-ci ilin müvafiq dövrü (35,6 milyon dollar) ilə müqayisədə 15,1 faiz, öncəki ayla (40 milyon dollar) müqayisədə isə 2,5 faiz artıraraq 41 milyon dollara çatdırıb.

Beləliklə, Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstana yanacaq-sürtkü materialları ixrac edən ölkələr arasında birinci yerdədir. Daha sonra Rusiya (239,6 milyon dollar) və Türkmənistan (175,7 milyon dollar) gəlir.