Mərhum aktyor Səməndər Rzayevin ad günüdür


Kriminal 02 Yan 2022 16:18:00 105 0

Mərhum aktyor Səməndər Rzayevin ad günüdür

Bu gün mərhum aktyor Səməndər Rzayevin ad günüdür. 

Səməndər Rzayev 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə başqa bir doğmalıq gətirirdi. Səməndər Rzayev kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. 

Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu.

"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu.

Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.

Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi, bir də mən... "Uşaqlığın son gecəsi" filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi"də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyorun son oyunu idi. 

S.Rzayev 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Elmar Məmmədyarova ağır itki like
  • 02 Yan 16:12  
Kriminal Elmar Məmmədyarova ağır itki

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, "Şö

arrow Ətraflı
55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu  FOTO like
  • 02 Yan 15:58  
Şou-biznes 55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu FOTO

Amerikalı supermodel Sindi Krouford Meksikada tətildə olarkən paparassilər

arrow Ətraflı
Çində güclü zəlzələ olub, xəsarət alanlar var like
  • 02 Yan 15:45  
Dünya Çində güclü zəlzələ olub, xəsarət alanlar var

Çinin Seysmoloji Mərkəzi ölkənin cənub-qərbindəki Yunnan əyalətində 5

arrow Ətraflı
Yol polisi Hacıqabuldakı zəncirvari qəza ilə bağlı məlumat yaydı like
  • 02 Yan 15:32  
Digərləri Yol polisi Hacıqabuldakı zəncirvari qəza ilə bağlı məlumat yaydı

Ötən gün saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun

arrow Ətraflı
25 yaşlı qız hamamda dəm qazından boğulub öldü like
  • 02 Yan 15:12  
Digərləri 25 yaşlı qız hamamda dəm qazından boğulub öldü

Şirvanda 25 yaşlı qadın dəm qazından boğulub

arrow Ətraflı
Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi like
  • 02 Yan 15:05  
Dünya Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatın

arrow Ətraflı
Kənanla Beren yeni ilə səhnədə öpüşərək girdi  VİDEO like
  • 02 Yan 14:58  
Şou-biznes Kənanla Beren yeni ilə səhnədə öpüşərək girdi VİDEO

Türkiyəli müğənni Kənan Doğulu Yeni ili Antakyada səhnədə qarşılayı

arrow Ətraflı
“Taliban” qadınlara tək başına 78 kmdan çox məsafə getməyi qadağan etdi like
  • 02 Yan 14:57  
Dünya “Taliban” qadınlara tək başına 78 kmdan çox məsafə getməyi qadağan etdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı avto

arrow Ətraflı
Mənzurə Musayeva: "Həyat yoldaşının yanında qulağıma "Səni sevirəm" dedi"  VİDEO like
  • 02 Yan 14:50  
Şou-biznes Mənzurə Musayeva: "Həyat yoldaşının yanında qulağıma "Səni sevirəm" dedi" VİDEO

Müğənni Mənzurə Musayeva maraqlı açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanda dəhşət  2 yaşlı uşaq yanaraq öldü like
  • 02 Yan 14:42  
Digərləri Azərbaycanda dəhşət 2 yaşlı uşaq yanaraq öldü

Beyləqanda yanan evdə azyaşlının meyiti aşkarlanıb.

arrow Ətraflı
2022nin ilk dəqiqələrində yanan Yeni il ağacı like
  • 02 Yan 14:27  
Şou-biznes 2022nin ilk dəqiqələrində yanan Yeni il ağacı

Qazaxıstanın cənubunda yerləşən Taraz şəhərində yeni il şənliyi zama

arrow Ətraflı
"Forsaj 10"da çəkilməkdən imtina etdi like
  • 02 Yan 14:20  
Digərləri "Forsaj 10"da çəkilməkdən imtina etdi

Hollivud ulduzu Dueyn Conson aksiyon və macəra dolu "Forsaj 10"da ç

arrow Ətraflı
İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü like
  • 02 Yan 14:12  
Digərləri İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü

Üç gün öncə İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadis

arrow Ətraflı
Yeni il gecəsi əxlaqsızlıq yuvasına basqın  50 nəfər saxlanıldı like
  • 02 Yan 13:58  
Dünya Yeni il gecəsi əxlaqsızlıq yuvasına basqın 50 nəfər saxlanıldı

Əxlaqsızlıq yuvasına basqın zamanı 50 nəfər saxlanılıb.

arrow Ətraflı