Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü...


Kriminal 02 Yan 2022 16:25:00 77 0

Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü...

Kürəkənini odlu silahla qətlə yetirməkdə ittiham olunan Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon şöbəsinin əməkdaşı, 59 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi dekabrın sonlarında  yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il dekabrın 13-də Mərdəkan qəsəbəsində baş verib. 35 yaşlı Rəşad Məmmədov odlu silahdan açılan atəşlə öldürülüb. İstintaqla müəyyən edilib ki, A.Cəfərov qətli öncədən planlaşdırmayıb. Hadisə kürəkəninin ona məxsus bağ evinə gələrək dava-dalaş salması səbəbindən baş verib. Bundan əvvəl də R.Məmmədov bir neçə dəfə qayınatasına məxsus bağ evində mübahisə yaradıb, həyətin qarşısında tapança ilə havaya atəş açıb.

2000-ci illərin ortalarında Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili işləyən Rəşad Məmmədov sonradan xəstəliyi ilə əlaqədar olaraq işdən çıxıb, atasına məxsus zavodda direktor müavini işləyib. Son vaxtlar ailəsində ciddi problemlər yarandığından həyat yoldaşı iki uşağı ilə birgə atası evinə gedib. R.Məmmədov özünün "Lexus" markalı avtomobillə arvadının və uşaqlarının arxasınca qayınatasının bağ evinə gəlib. Qayınata-kürəkən arasında yaranan mübahisə qətllə nəticələnib.

Hadisədən sonra Rəşada məxsus "Lexus" markalı avtomobildən tapança və dəyənək aşkarlanaraq götürülüb.

Təqsirləndirilən Azər Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qızı Nigarın 12 il əvvəl Rəşadla ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları dünyaya gəldiyini deyib. Toydan bir müddət keçdikdən sonra Rəşadın narkotik qəbul etməsi, içki aludəçisi olması, həyat yoldaşına qarşı kobud davranması məlum olub. 2010-cu ildə qızı boşanmaq üçün məhkəməyə müraciət etsə də, ağsaqqalların tövsiyəsi ilə yenidən Rəşadla barışıb, birgə yaşayıblar. Rəşadın valideynləri ilə məsləhətləşib onu müalicə etdirmək qərarına gəliblər. Lakin Rəşad müalicəsini yarımçıq qoyub. Bu səbəbdən də müalicənin xeyri olmayıb.

A.Cəfərovun ifadəsinə görə, ötən ilin oktyabr-noyabr aylarında qızının ailəsindəki vəziyyət kritik həddə çatıb. Artıq həyat yoldaşının hərəkətlərinə dözə bilməyən Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib: "Nigar uşaqlarını da götürüb şəhərdəki mənzilimizə köçüb orada yaşayırdı. Həftədə iki-üç dəfə uşaqları görməsi üçün Rəşada şərait yaradılırdı. Nə mən, nə qızım, nə də arvadım Rəşadın öz uşaqlarını görməsinə problem yaratmamışıq".

Hadisə baş verən gün Rəşad qayınatasına zəng vurub ondan harada olduğunu soruşub. O, da cavabında Mərdəkanda bağ evində olduğunu deyib: "Zəng vuranda aqressiv danışdı. Bağa çatanda dedi ki, darvazanın yanındayam. Evdən həyət qapısının düyməsini basdım, Rəşad həyətə girdi. Onu sakitləşdirmək istədim, həyətdə söyüş söyməsin deyə evə dəvət etdim. Oturub söhbət elədik, uşaqlarını görmək üçün heç kimin maneçilik yaratmadığını başa salmağa çalışdım. Dedim ki, vaxt keçər, yenə barışarlar. Fikirləşdim ki, sakitləşib çıxıb gedər".

Rəşad qayınatasının dediklərinə əhəmiyyət verməyib, əksinə daha da aqressivləşib və qayınatasının ünvanına təhqiramiz ifadələr işlədib.

"Əxlaqsız sözlər deməyə, şəxsiyyətimi alçaltmağa başladı. Ailə üzvlərimi öldürəcəyi ilə hədələdi. Əsəbimi cilovlayıb cavab vermədim. Allahdan özümə səbr dilədim. Şeytana lənət deyib toxtamağa çalışdım. Rəşad ayağa qalxıb həyətə çıxdı. Mən də onun arxasınca çıxdım. Həyətdə geriyə çevrilib ölümü-dirimi, atamın qəbrini söydü. Artıq dözmədim. Elə bil havalandım. Evə girib ov tüfəngini götürüb həyətə düşdüm. Bundan sonra nə baş verdiyini xatırlamıram. O zaman ayıldım ki, bağban kürəyimdən tutub silkələyir. Yerə çökdüm, tüfəng əlimdən düşdü. Rəşad bir qədər aralıda yerdə uzanıqlı vəziyyətdə idi. Bağbana dedim ki, təcili yardıma zəng vur. Özüm də polisə zəng vurdum" - A.Cəfərov əlavə edib.

Mərhumun yaxınları isə hadisənin baş verməsinə son vaxtlar Rəşadın övladlarını görməyə əngəl yaradılmasının səbəb olduğunu deyiblər.

Zərərçəkmişin hüquqi varisi Vüqar Məmmədovun ifadəsinə görə, cüzi söz-söhbətlər olsa da, Rəşad öz ailəsinə yaxşı baxıb.

"Rəşadla Nigar çox mehriban idilər. Qardaşım onu dünyanın bir çox ölkələrini gəzdirmişdi. Qızlarını da çox sevirdi. Ailədə söz-söhbət olanda mərhum atamla Rəşadın qayınatası birgə yoluna qoyardılar. Azəri yaxşı bir insan kimi tanımışam. Heç vaxt qardaşımın ailə işlərinə qarışmadığını bilirdim. Lakin arvadı daim qardaşımın ailə işlərinə qarışır, şəhərin mərkəzindən yeni ev almağı tələb edirdi. Əks halda qızını boşatdıracağını deyirdi. Hər dəfə Nigar evdən küsüb getdikdən sonra barışanda qardaşım ona bahalı qızıl-zinət əşyaları alıb verirdi. Axırıncı dəfə küsüb valideynlərinin evinə gedəndə Nigarın anası Rəşadın uşaqları görməsinə əngəl yaradırdı. Ona görə də hadisə baş verən gün Rəşad öz bağından 150 metr aralıda olan qayınatasının bağına getmişdi ki, uşaqları ilə görüşməsinə olan maneəni aradan qaldırsın. Ola bilsin əsəbi olub, söyüş söyüb. Azər də tüfənglə ona üç dəfə atəş açıb. Adam da heç söyüşə görə nəvələrinin atasını öldürərmi?" , - o deyib.

Mərhumun digər yaxınları da analoji ifadələr veriblər.

Məhkəmənin hökmü ilə Azər Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mərhum aktyor Səməndər Rzayevin ad günüdür like
  • 02 Yan 16:18  
Kriminal Mərhum aktyor Səməndər Rzayevin ad günüdür

Bu gün mərhum aktyor Səməndər Rzayevin ad günüdür. 

arrow Ətraflı
Elmar Məmmədyarova ağır itki like
  • 02 Yan 16:12  
Kriminal Elmar Məmmədyarova ağır itki

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, "Şö

arrow Ətraflı
55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu  FOTO like
  • 02 Yan 15:58  
Şou-biznes 55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu FOTO

Amerikalı supermodel Sindi Krouford Meksikada tətildə olarkən paparassilər

arrow Ətraflı
Çində güclü zəlzələ olub, xəsarət alanlar var like
  • 02 Yan 15:45  
Dünya Çində güclü zəlzələ olub, xəsarət alanlar var

Çinin Seysmoloji Mərkəzi ölkənin cənub-qərbindəki Yunnan əyalətində 5

arrow Ətraflı
Yol polisi Hacıqabuldakı zəncirvari qəza ilə bağlı məlumat yaydı like
  • 02 Yan 15:32  
Digərləri Yol polisi Hacıqabuldakı zəncirvari qəza ilə bağlı məlumat yaydı

Ötən gün saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun

arrow Ətraflı
25 yaşlı qız hamamda dəm qazından boğulub öldü like
  • 02 Yan 15:12  
Digərləri 25 yaşlı qız hamamda dəm qazından boğulub öldü

Şirvanda 25 yaşlı qadın dəm qazından boğulub

arrow Ətraflı
Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi like
  • 02 Yan 15:05  
Dünya Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatın

arrow Ətraflı
Kənanla Beren yeni ilə səhnədə öpüşərək girdi  VİDEO like
  • 02 Yan 14:58  
Şou-biznes Kənanla Beren yeni ilə səhnədə öpüşərək girdi VİDEO

Türkiyəli müğənni Kənan Doğulu Yeni ili Antakyada səhnədə qarşılayı

arrow Ətraflı
“Taliban” qadınlara tək başına 78 kmdan çox məsafə getməyi qadağan etdi like
  • 02 Yan 14:57  
Dünya “Taliban” qadınlara tək başına 78 kmdan çox məsafə getməyi qadağan etdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı avto

arrow Ətraflı
Mənzurə Musayeva: "Həyat yoldaşının yanında qulağıma "Səni sevirəm" dedi"  VİDEO like
  • 02 Yan 14:50  
Şou-biznes Mənzurə Musayeva: "Həyat yoldaşının yanında qulağıma "Səni sevirəm" dedi" VİDEO

Müğənni Mənzurə Musayeva maraqlı açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanda dəhşət  2 yaşlı uşaq yanaraq öldü like
  • 02 Yan 14:42  
Digərləri Azərbaycanda dəhşət 2 yaşlı uşaq yanaraq öldü

Beyləqanda yanan evdə azyaşlının meyiti aşkarlanıb.

arrow Ətraflı
2022nin ilk dəqiqələrində yanan Yeni il ağacı like
  • 02 Yan 14:27  
Şou-biznes 2022nin ilk dəqiqələrində yanan Yeni il ağacı

Qazaxıstanın cənubunda yerləşən Taraz şəhərində yeni il şənliyi zama

arrow Ətraflı
"Forsaj 10"da çəkilməkdən imtina etdi like
  • 02 Yan 14:20  
Digərləri "Forsaj 10"da çəkilməkdən imtina etdi

Hollivud ulduzu Dueyn Conson aksiyon və macəra dolu "Forsaj 10"da ç

arrow Ətraflı
İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü like
  • 02 Yan 14:12  
Digərləri İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü

Üç gün öncə İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadis

arrow Ətraflı