İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü


Digərləri 02 Yan 2022 14:12:00 146 0

İsmayıllıdakı qəzada xəsarət alan 13 nəfərdən biri öldü

Üç gün öncə İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, Bakıdan Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun İsmayıllı şəhəri ərazisində "NİVA" markalı minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan biri, "NİVA"nın sürücüsü, Laçın rayonundan olan və İsmayıllıda məskunlaşan 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq ölüb.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan Şəki sakinləri 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.