Qışda D vitaminini artırmaq üçün 2 məhsul


Digərləri 31 Dek 2021 17:15:00 116 0

Qışda D vitaminini artırmaq üçün 2 məhsul

Rusiyalı diyetoloq Mixail Ginzburq qışda orqanizmdə D vitamini çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ekspert izah edib ki, D vitamini orqanizmdə günəş işığının təsirilə əmələ gələn multifaktorial hormondur. Xüsusən də qış aylarında orqanizmdə bu vitaminin kəskin çatışmazlığı yaranır.

Ginzburgun sözlərinə görə, bunu aradan qaldırmağın ən təsirli yollarından biri balıq yağı və ya treska balığının qaraciyəri, balıq kürüsü kimi D vitamini ilə zəngin məhsullarla qidalanmaqdır.

Eyni zamanda, skumbriya kimi yağlı dəniz balıqlarını da həftədə üç-dörd dəfə yemək lazımdır.