Onlar Yeni ili 15 dəfə qeyd edə biləcəklər


Dünya 31 Dek 2021 13:07:00 189 0

Onlar Yeni ili 15 dəfə qeyd edə biləcəklər

Beynəlxalq Kosmik Stansiyada (BKS) olan kosmonavtlar Anton Şkaplerov və Petr Dubrov istəsələr, 2022-ci ili 15 dəfə qeyd edə biləcəklər.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Roskosmos"un yaydığı məlumatda deyilir.

Bildirilib ki, hazırda BKS-nin göyərtəsində çalışan kosmonavtlar və astronavtlar Yeni ilin artıq başladığı saat qurşaqlarını 15 dəfə keçəcəklər. Stansiya Bakı vaxtı ilə saat 16:44-də Marşal adalarının şimalında Sakit okean üzərində uçacaq, burada iki dəfə bayramı qeyd etmək mümkün olacaq.

Bununla belə, stansiyanın ekipaj üzvləri 15 dəfə Yeni ili qeyd etməyəcəklər.