Gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq


Dünya 29 Dek 2021 23:05:00 277 0

Gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq

2022-ci ildə bir barel neftin 65-80 dollara satışı Rusiya üçün məqbuldur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. O qeyd edib ki, Rusiyanın 2022-ci il büdcəsində bir barel neftin qiyməti 44,2 dollar məbləğində nəzərdə tutulub. Gələn il neftə tələbatın daha 4 milyon barel artacağını ehtimal edən A.Novak pandemiyanın davam etməsinə baxmayaraq, neft istehlakının artdığını vurğulayıb.

Rusiya 2030-cu ilin sonlarına kimi neft hasilatını 550-560 milyon ton həcmində saxlayacaq. A.Novakın fikrincə, gələn il dünyada neftə gündəlik tələbat 100 milyon barelə çatacaq.