Dostundan 1 milyon dollar alıb qaytarmayan azərbaycanlı Rusiyadan qovuldu


Kriminal 29 Dek 2021 23:10:00 167 0

Dostundan 1 milyon dollar alıb qaytarmayan azərbaycanlı Rusiyadan qovuldu

Bir milyon dollar mənimsəməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiyadan deportasiya edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

"A.N.Tupolev adına Vnukovo beynəlxalq hava limanında Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiya Federasiyasının qanunvericiliyini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılıb. O, dələduzluqda ittiham olunur", - mətbuat mərkəzindən bildirilib.

Xəbərdə bildirilir ki, Azərbaycan tərəfinin bildirdiyinə görə, 2013-cü ilin martında Quliyev öz işini təşkil etmək adı ilə tanışından bir milyon dollardan artıq borc alıb, lakin pulu qaytarmayıb.

"Dələduzluqda ittiham olunduqdan sonra o, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışa verilib", - idarədən əlavə ediblər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxsin Moskva şəhərində yaşadığı müəyyən edilib. O, 2021-ci ilin oktyabrında saxlanılıb.