Braziliyada 2 ton kokain müsadirə edilib


Dünya 29 Dek 2021 22:55:00 201 0

Braziliyada 2 ton kokain müsadirə edilib

Braziliyanın gömrük xidməti Santus limanında 2 ton narkotik vasitə aşkar edib.

Son.az APA-ya istinadən bildirir ki, 700 kiloqram kokain İspaniyaya göndərilən portağal şirələrinin arasında gizlədilib. Bundan başqa, yarım tonadək narkotik vasitə şəkər kisələrinin arasında, bir o qədəri də kofe konteynerində aşkar olunub.

Narkotik vasitə xüsusi rentgen cihazlarının köməyi ilə aşkar edilib. Braziliya gömrüyü son 6 ildə təkcə Santus limanından xaricə 16 ton narkotik vasitə göndərilməsinin qarşısını alıb.