ÜSTdən “Omicron” təhlükəsi ilə bağlı Açıqlama


Dünya 29 Dek 2021 22:15:00 142 0

ÜSTdən “Omicron” təhlükəsi ilə bağlı  Açıqlama

Koronavirusun "Delta" və "Omicron" ştamları pandemiyaya yeni yoluxmaların "sunami"sinə səbəb ola bilər.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST( rəhbəri Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, "Delta" və "Omicron" ştamlarına görə xəstəxanaya yerləşdirmə və ölüm halları artır.

ÜST rəhbəri qeyd edib ki, "Omicron"un daha yoluxucu olması xüsusi narahatlıq doğurur:

"Bu, bütün dünyada səhiyyə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcək "sunami" ilə nəticələnə bilər".

O bildirib ki, yeni ştamların ortaya çıxması mümkündür.

Qebreyesus, həmçinin, zəngin ölkələrdə koronavirusa qarşı gücləndirici peyvəndlərin yoxsul ölkələrdə yenidən dərman qıtlığına səbəb ola biləcəyini söyləyib.