Son 50 ilin ən soyuq günü yaşandı


Dünya 29 Dek 2021 22:25:00 138 0

Son 50 ilin ən soyuq günü yaşandı

Kanadanın şimal və qərb bölgələrində son üç gündə rekord temperatur enişləri qeydə alınıb. 

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dekabrın 26-da Britaniya Kolumbiyası əyalətinin paytaxtı Vankuverdə son 50 ilin ən soyuq günü yaşanıb.

Belə ki, bazar günü şəhərdə mənfi 15,3 dərəcə soyuq qeydə alınıb. Bu rekord sonuncu dəfə Vankuverdə 1971-ci ildə reallaşmışdı. Həmin il şəhərdə mənfi 12,8 dərəcə soyuq yaşanmışdı. 

Kanada Meteorologiya İdarəsi kəskin soyuqların Yeni ilə qədər davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.