CNN: “Bayden Putinlə telefonla danışacaq”


Dünya 29 Dek 2021 21:25:00 215 0

CNN: “Bayden Putinlə telefonla danışacaq”

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 30-da telefonla danışacaq.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı Ağ Evin nümayəndəsi Emili Horna istinadla məlumat yayıb. Məlumatda Baydenin rusiyalı həmkarı ilə sabah telefonla danışacağı bildirilir.

Emili Horn deyib: "Bayden hesab edir ki, Rusiya ilə münasibətdə heç nə liderlər arasında birbaşa dialoqu əvəz edə bilməz".

Ağ Evdən daha sonra bildiriblər ki, telefon danışığı zamanı bir çox məsələ, o cümlədən diplomatik məsələlər müzakirə ediləcək.