"Məni həqiqətən sındırdılar"


Şou-biznes 29 Dek 2021 20:18:00 152 0

"Məni həqiqətən sındırdılar"

Dünyaca məşhur müğənni Britni Spirs musiqi karyerasına ara verməsindən danışıb. 

Son.az olay-a istinadən xəbər verir ki, İnstaqram hesabında paylaşım edən ifası atasının qəyyumu olduğu dövrdə şəxsi və iş həyatının nəzarətdə olduğunu bildirib.

"Bu prosesdə insanlardan və əyləncə sənayesindən qorxmağa başladım. Mən gözəl olmaq istəyirdim, lakin onların ürəyimə etdikləri bağışlanmazdır", - Spirs deyə qeyd edib. 

Spirs qeyd edir: "İllərdir mən yeni mahnılar oxumaq və ya köhnə mahnılarımı remiks etmək istəyirdim, amma "yox" deyirdilər. Məni məğlub etmək istədilər. Çox vaxt boşa getdi və düşünürəm ki, bəziləri indi niyə yeni musiqi buraxmadığımı maraqlandırır. İnsanlar şəxsən mənə nə edildiyini bilmirlər. Məni həqiqətən sındırdılar. Yeni musiqi yaratmamaq mənim o insanlara "Çıx get" demək üsulumdur".