Koronavirusa qarşı yeni dərmanların təqdimatı olub, müzakirəsi aparılır


Digərləri 28 Dek 2021 17:20:00 129 0

Koronavirusa qarşı yeni dərmanların təqdimatı olub, müzakirəsi aparılır

Beynəlxalq dərman şirkətləri tərəfindən koronavirusa qarşı yeni dərmanların təqdimatı olub, müzakirəsi aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.

"Bəzi ölkələrdə həmin dərmanlar qeydiyyatdan da keçib, bəzi ölkələr həmin dərmanların tədarükünə də başlanılıb. Lazımi elmi məlumatlar toplandıqdan, nəticələr məlum olduqdan sonra həmin dərmanlar Azərbaycana da gətiriləcək", - deyə T.Musayev bildirib.

Son.az