Koronavirus əleyhinə dərmanlar vaksinasiyanın yerini tutmur


Digərləri 28 Dek 2021 17:24:00 182 0

Koronavirus əleyhinə dərmanlar vaksinasiyanın yerini tutmur

Son zamanlar yeni dərmanların tətbiqi ilə bağlı belə fikirlər yayılıb ki, vaksinasiyanın yerini tutacaq. Xeyr, bu, belə deyil!

Son.az Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, koronavirusun gecikmiş və erkən fazası var.

"Erkən fazada daxil olan virusun artımı baş verir. Dərmanlar bunun qarşısını almaq üçün istifadə edilir. Gecikmiş fazada isə xəstələr üçün oksigen dəstəyi lazım olur. Yeni tətbiq olunan dərmanlar birinci fazaya aiddirlər. Bu dərmanlar vaksinasiyaya dəstəkləyici xarakter daşıyır", - deyə Teymur Musayev qeyd edib.

Son.az