İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək


Digərləri 28 Dek 2021 17:26:00 141 0

İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək

"Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır".

Son.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:

"İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur. Yəni 6 aydan sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur".