Azərbaycan və Türkiyənin birgə filmləri Netfliksdə nümayiş olunacaq


Kriminal 28 Dek 2021 13:50:00 177 0

Azərbaycan və Türkiyənin birgə filmləri Netfliksdə nümayiş olunacaq

Gələn ildən Türkiyə ilə birgə film çəkilişlərinə başlayacağıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihələrlə bağlı müzakirələr davam edir.

"Birgə filmlərin çəkilməsi planlaşdırılır. Türkiyə qısa müddət ərzində kino sahəsində inkişafa, sıçrayışa nail olub. Bizim rejissorlarımız da türk rejissorlardan heç də geri qalmır. Birgə fəaliyyət və təcrübə mübadiləsi nəzərdə tutulur. Konkret layihələri açıqlaya bilmərəm. Müzakirələr davam edir. Əməkdaşlığımız çəkilən filmlərin Netfliks vasitəsilə yayımlanmasına da imkan verəcək".