Zəngəzur dəhlizi Ermənistanı ağır vəziyyətdən çıxaracaq


Siyasət 28 Dek 2021 14:06:00 129 0

Zəngəzur dəhlizi Ermənistanı ağır vəziyyətdən çıxaracaq

"44 günlük müharibə nəticəsində regionda artıq müsbət bir gündəm formalaşmamaqdadır".

Bunu Son.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin Diplomatiya Magistratura proqramının rəhbəri, "Valday" Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko deyib. 

Rusiyalı ekspert bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə gələcəkdə 10 milyon tonlarla yükün daşınması planlaşdırılır:

"İran artıq dövlətlər arasında regionla bağlı daha mehriban və əməkdaşlıq mövqeyi tutur. Artıq Ermənistanla Türkiyə arasında da nəqliyyət əlaqələrinin bərpası prosesi də başlayır. Bakı və Moskva tərəfindən inadkar diplomatiya həyata keçirilməklə Zəngəzur dəhlizi məsələsinin həll olunması gündəmdədir. Ən azından Avrasiya yüklərinin daşınması xəritəsi formalaşmaqdadır. Əvvəlki 30 illə müqayisədə hazırda regionda müsbət bir diplomatik münasibətlər üstünlük təşkil etməyə başlayıb.

Kommunikasiyaların bərpası tamamilə xeyirxah məqsəd güdür: qarşılıqlı əlaqə üçün, beynəxlalq mübadilə üçün, həmçinin biznes əlaqələrin təmin edilməsi üçün olduqca vacibdir.

Siyasi iqtisadiyyatda "kontinental lənət" termini var. Dünya okeanına, dənizə sabit çıxışı olmayan dövlətlər bu qrupa daxildir (Bu da iqtisadi artım üçün böyük bir şərtdir - red). Ona görə də Zəngəzur dəhlizi və İrana yeni dəmiryolunun salınması bu problemin həll olunmasına kömək edir. 

Rusiya Ermənistanın hərbi strateji tərəf müqabilidir. Ona görə də Rusiya da istəyir ki, Ermənistanın da dünya bazarlarına çıxışı olsun və bu "kontinental lənət"i müəyyən qədər üzərindən atsın. Amma bu, həmçinin Avrasiya üçün də müsbət rol oynayır. Çünki bu marşurutun böyük bir perespektivi var. Avrasiya İqtisadi Birliyi ilə Aralıq dənizi istiqamətində Yaxın Şərq dövlətləri arasında əsas istiqamət Rusiya və Türkiyədir ki, iqtisadiyyat və ticarət sahəsində olan münasibətlərimizin daha artmasına səbəb olacaq. Artıq illik dövriyyə 30 milyard səviyyəsinə gəlib çatıb. Perespektivdə 100 milyard dollardan söhbət gedir. 

Dəmiryolu ən etibarlıdır. Yəni əgər biz qiymət və yüklərin nisbətini götürsək, bunun əhəmiyyətini anlayarıq. Çünki hazırda Türkiyə-Rusiya arasında dəmiryolu əlaqəsi yoxdur, Gürcüstanla da belə bir birbaşa əlaqə yoxdur. Qərb üçün Balkan və Ukrayna vasitəsilə dəmiryolu əlaqəsi həm uzundur, həm də mürəkkəbdir. Ona görə Rusiya biznesi də bu layihəyə maraqla baxır. Əminəm ki, rəsmi Moskva diplomatik səviyyədə də bütün lazımı dəstəyi əsirgəməyəcək. Əslində biz bunu Soçidə müşahidə etdik, sonra da Brüsseldə Prezident İlham Əliyevlə Ermənistan baş naziri arasındakı görüş də təsdiq etdi ki, bu istiqamətdə müsbət dinamika var və bunu qorumaq lazımdır. Gələcəkdə 10 milyon tonlarla yükdən söhbət gedir ki, məhz bu marşurut vasitəsilə daşınması planlaşdırılır".  

Təhməz Əsədov Son.az