Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb


Kriminal 28 Dek 2021 13:24:00 172 0

Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

Şuşada yerləşən abidələrin elektron xəritəsi hazırlanıb və 46 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

A.Kərimovun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayılda İşğal və Zəfər muzeyləri yaradılıb.

"Eyni zamanda Mədəniyyət Nazirliyi Şuşada Bülbülün ev-muzeyinin bərpasında iştirak edib. "Qarabağa kitabla gedək" layihəsi icra edilib və Qarabağ Kitab Fondu yaradılıb", - nazir qeyd edib.