Azad olunmuş ərazilərdə aparılan monitorinqin nəticələri açıqlandı


Kriminal 28 Dek 2021 13:00:00 175 0

Azad olunmuş ərazilərdə aparılan monitorinqin nəticələri açıqlandı

Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcərdə monitorinqin nəticələri açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günə kimi 403 dövlət qeydiyyatında olan tarixi-mədəniyyət abidəsinə baxış keçirilib, 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli abidələrin monitorinqi aparılıb.

"Eyni zamanda 864 mədəniyət müəssisəsinə baxış keçirilib. Bunlar 462 kitabxana, 348 klub, 20 muzey, 26 uşaq musiqi məktəbi, 1 kinoteatr, 3 kinoklub, 2 teatr, 2 qalereyadır. Monitorinqin məqsədi işğaldan azad olunan ərazilərimizdə abidələrimizə vurulan zərərə görə, təzminatın ödətdirilməsidir".