Eynulla Fətullayev: “Rəngli inqilab törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar”


Digərləri 28 Dek 2021 12:24:00 172 0

Eynulla Fətullayev: “Rəngli inqilab törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar”

"Bu gün bu qanunun müzakirəsində iştirak etməyi mənasız sayıram, mən bu gün iş başında olmalı idim".

Son.az APAP-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə "Media haqqında" qanun layihəsinin müzakirəsi zamanı "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev bildirib.

Eynulla Fətullayev deyib ki, bir zaman xüsusi rəğbətlə qəbul olunan və Mətbuat Şurasının sədri Əflatun Amaşovun da dəstəklədiyi qanundan sonra 4 il həbsdə olub.

"Təxminən 1 ildir ki, jurnalistikada islahat başlayıb. Artıq mənə demirlər ki, bunu çıxar, bunu qoy. Yadımdadır, 2005-ci ildə donorlara müraciət etdim, vəsait ayırmadılar. Amma Arif Əliyevə 500 min dollar ayırdılar. Mən kiçik ofisdə fəaliyyət göstərirdim, rəngli inqilablar törətmək istəyənlər Arif Əliyev kimilərinə pul ayırdılar. Bunlar ictimai korrupsiya ilə məşğul olurdular. Bu gün Prezident İlham Əliyev və Hikmət Hacıyev qanunlarla tənzimlənən medianın olmasını istəyirlər. Dövlətlərin suveren hüququ var. Dəmir yumruq, dəmir iradə, ölkənin suveren hüququ var", - E. Fətullayev vurğulayıb.

O, material hazırlamaq üçün müraciət etdiyi Masallı Rayon İcra Hakimiyyətinin başçısı ilə söhbətini xatırladıb: "İcra başçısı dedi ki, burda jurnalistlər pul almaq istəyirlər. Mən belə insanlarla bir cərgədə dayanmaq istəmirəm. Kimin bir smartfon almağa imkanı çatırsa, özünə jurnalist deyir. Ona görə də vahid reyestr lazımdır. İnanıram ki, reyestr vahid parametr əsasında formalaşacaq. Bir sıra insanlar hələ də 1990-cı illərdədir. Hələ də ABŞ Dövlət Departamentinə məktub yazır, Avropa Şurasından imdad gözləyirlər. Prezident olmasaydı, Əli Həsənov axırımıza çıxardı. O vaxt Əflatun Amaşovla Əli Həsənov birləşmişdi. Şuşada da mən Prezident İlham Əliyevə təşəkkür etdim".