"Nərminlə cinsi əlaqədə olanda..."


Kriminal 28 Dek 2021 01:33:00 196 0

"Nərminlə cinsi əlaqədə olanda..."

Müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin cinayət işi.

Son.az Lent.az-a istinadən həmin cinayət işinin istintaq materiallarını təqdim edir:

2018-ci il iyunun 7-i gecə saat 01:59-da "103" xidmətinə Nəsimi rayonu, Əbilov küçəsində naməlum şəxsin bıçaqlanması haqda məlumat daxil olub. Çağırış yerinə gedən həkimlər yaralı Rəşad Hüseynovu Kliniki Tibbi Mərkəzə hospitalizasiya ediblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq R. Hüseynov saat 03:20-də aldığı xəsarətlərdən ölüb. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Hüseynovun ölümünə - ürəyin zədələnməsi ilə nəticələnən kəskin qanitirmə səbəb olub. 

Hadisədən dərhal sonra Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlara başlanılır.

Hadisə yerinə baxış keçirən kriminalistlər Rəşad Hüseynova məxsus avtomobilin qabaq sağ oturacağının üzərindən gümüşü rəngli, ekranı sınmış qol saatı, qapının saxlanc yerində, 2 ədəd kapsul formasında həb, baqajdan isə 1 ədəd bıçaq tapıblar.  

Polis və prokurorluq əməkdaşları qətlin açılması istiqamətində iki gün çalışıblar. Nəhayət hadisədən iki gün sonra hadisəni törətməkdə şübhəli bilinənlərdən birinin müğənni Vidadi Bərdəlinin oğlu olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mərhum müğənni Vidadi Bərdəlinin oğlu, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Tuncay Vəliyev saxlanılıb. 

Hadisədən bir həftə sonra isə T.Vəliyevin cinayət ortağı Fərman Ocaqquliyev könüllü polisə təslim olub. O polisə təqdim etdiyi bıçaqla ayın 7-də Rəşad Hüseynovu qətlə yetirdiyini etiraf edir. Araşdırmalar zamanı məlum olur ki, onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.  

Hadisə necə baş verib?

İstintaqla müəyyən edilib ki, 2018-ci il mayın 29-da Tuncay Vəliyev tanışları Rəşad Hüseynov, Asəf Qurbanov, Nigar Bağırova və şəxsiyyəti istintaqa məlum olmayan "Nərmin" (ad şərtidir) adlı şəxslə Quba rayonunun Qəçreş kəndində yerləşən istirahət mərkəzində olublar. Gecə saat 02 radələrində kotejdə olarkən, narkotik vasitə - heroin qəbul etməsi ilə əlaqədar onunla Rəşad Hüseynov arasında mübahisə yaranıb. Bununla əlaqədar Vəliyev, fiziki zor tətbiq edib yumruq zərbəsi ilə Hüseynova bədən xəsarəti yetirib. Fərman Ocaqquliyev özgənin əmlakını gizli talama məqsədi ilə 2017-ci il noyabrın 30-u saat 22 radələrində Taleh Məmmədzadəyə məxsus Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 142 saylı evin qapısının açıq olmasından istifadə edərək, içəridən 1.200 manat dəyərində televizoru oğurlayıb. 

İyunun 7-də sərxoş vəziyyətdə kafedə Tuncay Vəliyevdən aldığı narkotik vasitə - heroini qəbul etdikdən sonra saat 01:40-da Topçubaşov və Əbilov küçələrinin kəsişməsində əvvəllər tanımadığı Rəşad Hüseynovun idarə etdiyi "Nexia" markalı avtomobilin üzərinə sürməsini bəhanə edib, ünvanına söyüş söyərək fit səsi ilə onu saxlatdırıb.

Münaqişənin qaçılmaz olmasını dərk edərək, onu qabaqlayıb, bıçaqla Hüseynovun döş qəfəsinə bir zərbə endirib. Bu hərəkəti ilə onu xuliqanlıq niyyəti ilə qəsdən öldürüb. 

Vidadi Bərdəlinin oğlu Tuncay istintaqa nə deyib?

İş üzrə dindirilən Tuncay Vəliyev bildirib ki, 2012-ci ilə qədər "Kubinka" adlanan ərazidə yaşayıb. Sonradan Binəqədi rayonuna köçsələr də, əksər vaxtını köhnə məhəllədə keçirib. Mərhum Rəşad Hüseynovu yaşadığı məhəllədən tanıyıb. Münasibətləri daim yaxşı olub, vaxtı ilə bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Onu əvvəllər dindar insan kimi tanısa da, sonrada narkotik vasitələr qəbul etdiyini öyrənib. 2017-ci ilin aprel ayında cəzasının sonu ilə əlaqədar azad olunub. Atası vəfat etdikdən sonra pul qazanmaq məqsədilə icarəyə götürdüyü "BMW" markalı avtomobillə bir müddət taksi fəaliyyəti ilə məşğul olub. 2018-ci il mayın 28-də dostları ilə görüşmək üçün köhnə məhəlləyə gəlib. Həmin gün Asəf, Nigar, Nərmin və Rəşadla istirahət etmək üçün Quba rayonuna yollanıblar. Saat 22 radələrində Qəçrəş kəndinə çatıblar və 3 otaqlı kotejdə gecələyiblər. Nərminlə cinsi əlaqədə olanda, digər otağdan Rəşadla Asəfin mübahisə etdiklərini eşitib. Buna - Rəşadın Asəfin gətirdiyi narkotik maddələri tək istifadə etməsi və heç kimlə bölmək istəməməsi səbəb olub. Yarım saatdan sonra Rəşad qapını döyüb, onu çölə çağırıb. Otaqdan çıxan kimi onunla mübahisə etməyə başlayıb, yumruq atanda əlbəyaxa olublar. Tanışı narkotik vasitələrin təsiri altında olduğundan ona güc gələ bilməyib, Asəf isə onları sakitləşdirməyə çalışıb. Həmin gecə Rəşad öz maşını ilə Bakıya qayıtıb. O, səhərə kimi Asəf və qızlarla kotejdə qalıb, səhər isə taksi ilə paytaxta gediblər. Rayondan qayıdından sonra Rəşadın ünvanına hər hansı ifadə işlətməyib. Ümumiyyətlə Fərmanla onun arasında Hüseynovu öldürmək barədə söhbətləri olmayıb. İyunun 6-ı saat 18 radələrində "Kubinka"ya gələrək, Fərman və Etibarla görüşüb. Gecə saat 01:30-dək "Nizami" metrostansiyasının yanında yerləşən kafedə olublar. Fərman onlardan tez çixaraq, harasa gedib. Etibarla məhəllənin qarşısına çatanda maşının ətrafına çoxlu sayda insanların yığışdığnı görüblər. Nə baş verdiyini soruşanda əvvəl Rəşadın öz avtomobilində "narkotik" qəbulundan öldüyünü, lakin sonra sinəsindən qan gəldiyini deyiblər. Həmin vaxt Fərman Rəşadı bıçaqla vurması barədə onlara heç nə deməyib. 

Tuncay Vəliyev qeyd edib ki, avtomobilini satıb, əvəzinə narkotik vasitələr almayıb. Ümumiyyətlə heç vaxt narkotik satmayıb. Rəşad Hüseynovun ölümü ilə onun heç bir əlaqəsi olmayıb.