Ölkədən çıxışına 8000 il qadağa qoyuldu


Dünya 27 Dek 2021 23:39:00 111 0

Ölkədən çıxışına 8000 il qadağa qoyuldu

Avstraliyalı bir kişinin 8000 il İsraildən çıxışına qadağa qoyulub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb onun israilli qadınla boşanmasıdır.

Belə ki, o, məhkəmə qərarı ilə 2013-cü ildən bəri İsraili tərk edə bilməyib.

Bildirilir ki, İsrail məhkəməsi boşanan kişiyə iki övladının hər biri üçün 18 yaşına çatana qədər ayda 5 min İsrail şekeli aliment ödəməyə qərar verib. Əgər kişi ümumilikdə 3 milyon 340 min dollara uyğun gələn bu məbləği ödəməsə, 9999-cu ilə qədər ölkədən çıxa bilməz. Ona hətta tətil və işləmək üçün də İsraili tərk etmək qadağandır.

"İsrailli qadınla evli olduğum üçün İsrail ədliyyə sisteminin zülmünə məruz qalan insanlardan biriyəm", - avstraliyalı kişi deyib.

Qeyd edək ki, İsrailin boşanma və aliment haqqında qanunları tez-tez tənqid edilir.