“Bloomberg”: “İndiyədək 9 milyard dozaya yaxın vaksin vurulub”


Dünya 27 Dek 2021 22:30:00 133 0

“Bloomberg”: “İndiyədək 9 milyard dozaya yaxın vaksin vurulub”

"İndiyədək 184 ölkədə 9 milyard dozaya yaxın vaksin vurulub. Bu da hər 100 nəfərə 116 doza deməkdir".

Son.az APA-ya istinadən bildirir ki, bu məlumat "Bloomberg" agentliyinin son statistikasında yer alır.

Agentliyin yaydığı sənədə görə, dünya üzrə gündəlik orta vaksinasiya tempi 43,4 milyon doza təşkil edir. Bu temp saxlanılsa, 5 aydan sonra dünya əhalisinin 75%-i azı bir doza vaksin qəbul etmiş olacaq.

Ekspertlərin fikrincə, normal həyata qayıtmaq üçün əhalinin 75%-nin peyvəndlənməsi vacibdir. İndiyədək 38 ölkədə bu göstəriciyə nail olunub. Bununla belə, peyvəndləmə prosesi qeyri-bərabərdir. Aşağı gəlirli ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə proses 10 dəfə daha sürətlə gedir.