“NATO Rusiyaya qarşı müharibə aparmaq üçün hər il...”


Dünya 27 Dek 2021 22:35:00 126 0

“NATO Rusiyaya qarşı müharibə aparmaq üçün hər il...”

"Şimali Atlantika Alyansı hər il Rusiyaya qarşı müharibə planlarını nəzərdə tutan 30 böyük təlim keçirir".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin hərbi attaşelər və Moskvada akkreditə olunmuş xarici səfirliklərin nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Hər il NATO bloku 30 iri təlim keçirir və bu təlimlərdə Rusiyaya qarşı hərbi əməliyyatların keçirilməsi ssenariləri hazırlanır. Döyüş hazırlığı tədbirləri çərçivəsində ölkəmizin sərhədləri yaxınlığında zərbə qruplarının yaradılmasına xüsusi diqqət yetirilir. Xüsusilə, bu ilin may-iyun aylarında Amerika Birləşmiş Ştatları və Qərbi Avropadan 40 min nəfərə qədər gücləndirici qoşunların "şərq cinahına" köçürülməsi ilə "Defender Europe-2021" adlı bir sıra təlimlər keçirilib", - deyə Fomin qeyd edib.