Britaniyada son sutkada koronavirusdan 143 nəfər həyatını itirib


Dünya 27 Dek 2021 22:40:00 156 0

Britaniyada son sutkada koronavirusdan 143 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 98 515 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 12 209 991 nəfərə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 143 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 148 003 nəfərdir.