Bu ölkədə karantin yenidən sərtləşdirildi


Dünya 27 Dek 2021 23:10:00 132 0

Bu ölkədə karantin yenidən sərtləşdirildi

Yunanıstanda koronavirus epidemiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərin artırılmasına qərar verilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris açıqlama verib.

Nazir bildirib ki, "Omicron" ştamı ölkədə sürətlə yayılıb.

Onun sözlərinə görə, bazarlarda və ictimai nəqliyyatda yüksək qoruyucu maskalardan istifadə məcburi olacaq. Həmçinin, 3 yanvar 2022-ci ildən etibarən qida və içki sektorunda çalışanlar üçün də eyni qayda tətbiq ediləcək.

Plevris əlavə edib ki, KN95 və ya FFP2 tipli maska ​​olmadıqda ikiqat maska ​​taxılması lazım olacaq. Bu qaydaya əməl etmək insanların sıx olduğu yerlərdə də tövsiyə edilib.

Bundan başqa, nazir qeyd edib ki, əyləncə məkanları gecə yarısından sonra xidmət göstərməyəcək. İş müddətində isə hər masada maksimum altı nəfərin oturmasına icazə veriləcək.

İdman yarışlarında tamaşaçı sayına məhdudiyyət qoyulacaq. Tamaşaçı sayı 10 faizə endiriləcək. Maksimum tamaşaçı sayının isə 1000 olaraq təyin olunacağını açıqlanıb.