Yeni il ərəfəsində hotellərdə


Digərləri 27 Dek 2021 09:56:00 152 0

Yeni il ərəfəsində hotellərdə

Yeni il bayramı ilə bağlı regionlarda yerləşən hotellərdə və əyləncə mərkəzlərində qiymətlər 40 faizə qədər bahalaşıb.

Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

Ekspert qeyd edib ki, Yeni ili qarşılamaq üçün əksər insanlar regionlara üz tuturlar, bu da hotellərin dolmasına səbəb olur

"Bilirsiniz ki, bu il də pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Məsələn, qonaq sayı 150-dən artıq olmamalıdır, ara məsafələri saxlanmalıdır. Ona görə də yeni il şənlikləri kimi kütləvi tədbirlər keçirə bilən məkanların da sayı o qədər çox deyil. Bu baxımdan tələbat artdığı üçün Yeni il bayramı günlərində hotellərdə bir qədər yüksək qiymətlər görə bilərik.