İki avtomobil toqquşub, 1 nəfər ölüb


Digərləri 27 Dek 2021 09:00:00 305 0

İki avtomobil toqquşub, 1 nəfər ölüb

Abşeron rayonunun Məmmədli kəndində "AzSamand" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan "AzSamand" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.