Dörd yaşlı Asif Prezidentlə görüşündən danışdı


Siyasət 27 Dek 2021 09:22:00 196 0

Dörd yaşlı Asif Prezidentlə görüşündən danışdı

Prezident İlham Əliyevin Şuşada söhbətləşdiyi dörd yaşlı Asif dövlət başçısı ilə görüşündən danışıb.

Son.az İTV-yə istinadən xəbər verir ki, azyaşlı Prezidentlə görüşdən məmnunluğunu dilə gətirib.

"İlham baba bizim ürəyimizdir. Gəlməyinə sevindim. İlham baba mənə "ceyran" dedi. Onu çox istəyirəm", - azyaşlı bildirib.

Qeyd edək ki, dünən Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instaqram səhifəsində Şuşadan video paylaşıb. Videoda dörd yaşlı Asiflə Prezident İlham Əliyevin dialoqu yer alıb. M.Əliyeva paylaşımına "Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif" şərhini yazıb.

Son.az