Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu,


Kriminal 26 Dek 2021 14:00:00 84 0

Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu,

Son.az Kulis.az-a istinadən xanəndə, Xalq artisti Tükəzban İsmayılova haqqında 10 maraqlı faktı təqdim edir.

1. Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra "bu qızdan yaxşı oxuyan olacaq", deyib.

***

2. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub.

Tükəzban İsmayılova gənclik illərində

3. Tükəzban xanımın yaradıcılığının ilk illəri II dünya müharibəsinə təsadüf edib. O, müharibə vaxtı təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

***

4. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu "Qatar", "Xaric segah", "Şahnaz", digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. "O olmasın, bu olsun" filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.

Xanəndə qızı İlhamə Quliyeva ilə birlikdə

5. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi. Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra "Azərbaycan estradasının primadonnası" adlandırılır.

***

6. Ancaq İlhamənin beş yaşı olanda Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü həyat yollarını ayırmağa qərar verirlər. Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. O, Həbib Bayramovdan 3 yaş böyük olub.

***

7. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina etdi, oxumağa yox, susmağa üstünlük verdi.

Tükəzban İsmayılova konsertdə

8. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

"Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam... Hər iki ailəmin tək qızı olmuşam".

***

9. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

"O, olmasın, bu olsun" filmindən kadr

10. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir. Əməliyyat uğurlu başa çatsa da, sətəlcəmdən əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.

Son.az

Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb like
  • 26 Dek 13:52  
Dünya Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində koronavirusa 104 611 yoluxma halı qeydə alın

arrow Ətraflı
"Omicron" Belçikada dominant ştamm olub like
  • 26 Dek 13:37  
Dünya "Omicron" Belçikada dominant ştamm olub

Koronavirusun "omicron" variantı Belçikada dominant ştamm olub və

arrow Ətraflı
Miranda Kerrin gözəllik like
  • 26 Dek 13:30  
Digərləri Miranda Kerrin gözəllik

Avstraliyalı model Miranda Kerrin gözəllik sirri bəlli olub.

arrow Ətraflı
Nobel mükafatı laureatı vəfat etdi like
  • 26 Dek 13:22  
Dünya Nobel mükafatı laureatı vəfat etdi

Nobel Sülh Mükafatı laureatı, Cənubi Afrika Respublikasından olan Desmond

arrow Ətraflı
Müsəlmanlara qarşı soyqırımı çağırışı: "2 milyonunu öldürsək..." like
  • 26 Dek 13:19  
Dünya Müsəlmanlara qarşı soyqırımı çağırışı: "2 milyonunu öldürsək..."

Hindistanda müsəlmanlara qarşı soyqırımı çağırışı edilib.

arrow Ətraflı
Heyva tumunun saysızhesabsız like
  • 26 Dek 13:15  
Digərləri Heyva tumunun saysızhesabsız

Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrıl

arrow Ətraflı
Metronun Şaxta baba və Qar qızlı Yeni il qatarı bu gündən xətdə olacaq like
  • 26 Dek 13:07  
Digərləri Metronun Şaxta baba və Qar qızlı Yeni il qatarı bu gündən xətdə olacaq

"Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağıilə xəttə

arrow Ətraflı
Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü like
  • 26 Dek 13:00  
Kriminal Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü

Son.az Kulis.az-a istinadən Xalq artisti Muxtar Maniyev haqda 10 maraqlı fa

arrow Ətraflı
Qışda yanacaq sərfiyyatı niyə artır? like
  • 26 Dek 12:37  
Digərləri Qışda yanacaq sərfiyyatı niyə artır?

Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillər

arrow Ətraflı
Kefirin inanılmaz faydaları açıqlanıb like
  • 26 Dek 12:30  
Digərləri Kefirin inanılmaz faydaları açıqlanıb

Kefir - ən faydalı süd məhsuludur, onun sağlamlığa inanılmaz faydası va

arrow Ətraflı
Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarəti like
  • 26 Dek 12:22  
Kriminal Bakıda illərlə atası tərəfindən zorlanan qızın cəsarəti

Bakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, t

arrow Ətraflı
Həftənin ilk iş günü hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq like
  • 26 Dek 12:19  
Digərləri Həftənin ilk iş günü hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq

Sabah Azərbaycanda hava dəyişkən buludlu olacaq, yollar buz bağlayacaq.

arrow Ətraflı
Mədəni təmizləmək mütləqdir like
  • 26 Dek 12:15  
Digərləri Mədəni təmizləmək mütləqdir

Gün ərzində yediyimiz qidaların mədə üçün zərərli tərəfləri də az

arrow Ətraflı