Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb


Dünya 26 Dek 2021 13:52:00 239 0

Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində koronavirusa 104 611 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstəricidir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 088 371 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 84 nəfər, hazırkı dövrədək isə 122 546 nəfər ölüb.