Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi


Kriminal 26 Dek 2021 12:00:00 184 0

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Son.az Kulis.az-a istinadən aktrisa Ofeliya Məmmədzadə haqqında 10 maraqlı faktı təqdim edir.

1) Ofeliya Məmmədzadənin aktyorluq sənəti ilə heç bir əlaqəsi olmayıb. On beş yaşında məşhur aktyor Gündüz Abbasovla tanış olub, bir-birilərini seviblər. Ancaq Ofeliya xanımın yaşı nikaha düşmədiyindən yaşını üç il artıraraq ailə qurublar.

2) Ofeliya xanımın iki qızı, bir oğlu olur. Cütlüyün xoşbəxt günlərinin birində başlarının üstünü qara buludlar alır: bir müddət sonra Ofeliya Məmmədzadə xəyanətlə üzləşir, o ərinin dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidir və bunu qəbul edə bilməyib ondan ayrılır.

3) Aktrisa azyaşlı oğlunu götürüb evini tərk edib. Sonradan Gündüz Abbasovun prokuror işləyən qardaşı uşağı aktrisadan hüquqi yolla geri qaytarıb.

4) Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. Onun ilk çəkildiyi film isə "Yenilməz batalyon" olur. Aktrisa filmdə Roza adlı bar sahibəsini canlandırır.

5) Gündüz Abbasov Ofeliya Məmmədzadə ilə heç vaxt görüşmür və onun aktrisalığını da qəbul etmir. Onların uşaqlarını Gündüzün anası saxlayır, boya-başa çatdırır.

6) Bir müddət sonra Ofeliya xanım digər həmkarı Hökumə Qurbanovanın keçmiş həyat yoldaşı teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Bu evlilikdən onların övladı olmur, ancaq aktrisa onunla düz 27 il birlikdə yaşayır.

7) Aktrisa uzun müddət övladları ilə görüşə bilməyib. Gündüz Abbasov uşaqlarına anaları ilə görüşməyi qəti şəkildə qadağan etsə də, Ofeliya xanım ondan gizlin uşaqlarını görmək üçün bağçaya gedirmiş. Aradan uzun illər keçəndən sonra Gündüz Abbasovun dostunun ad gününə təsadüfən gələn Ofeliya xanım artıq məktəbli olan uşaqlarını orada görüb onlarla görüşə bilir. Ancaq Gündüz Abbasov uşaqlarını Ofeliya xanımın iştirakı etdiyi tamaşaların hamısına aparırmış.