Dünya bu dəhşətli görüntülərdən danışır: uşaqlar da daxil olmaqla ən azı 35 yanmış cəsəd tapıldı


Dünya 26 Dek 2021 10:04:00 118 0

Dünya bu dəhşətli görüntülərdən danışır: uşaqlar da daxil olmaqla ən azı 35 yanmış cəsəd tapıldı

Myanmanın şərqindəki Karen ştatında yerləşən kəndlərin birinin yaxınlığında uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış meyitinin qalıqları tapılıb.

Son.az xəbər verir ki, bu barədə "Myanmar NOW" nəşri "Karen Milli Birliyi" (KNU) silahlı etnik qrupunun nümayəndələri və yerli sakinlərə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə yerində ilk olaraq yanan avtomobillərdən qatı tüstünün çıxdığı müşahidə olunub, lakin güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.

KNU rəsmiləri insidenti cümə günü (24 dekabr - Red) ərazidə olan Myanma hərbçilərinin üzərinə atıb. Hələlik ölən insanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.