Bu görüntülər dəhşət saçır: Tədris ocağı, yoxsa təhlükə mənbəyi?


Digərləri 26 Dek 2021 11:07:00 146 0

Bu görüntülər dəhşət saçır: Tədris ocağı, yoxsa təhlükə mənbəyi?

Təhlükənin astanasında olan məktəb binası və biliklərə yiyələnmək üçün hər gün bu məktəbə gələn uşaqlar. Tərtərdə 40 ildən çoxdur ki, istifadəyə verilən təhsil ocağı bu illər ərzində bir dəfə olsun təmir edilməyib. İzləyəcəyiniz binaya məktəb deməyə insanın dili də gəlmir.

Son.az bildirir ki, Xəzər TV-nin Tərtərdəki bu məktəbdən lentə aldığı görüntülər sadəcə dəhşət saçır.

Nə qapısı, nə pəncərəsi, nə də dam örtüyü var.

Şüşələri qırıq-qırıqdır. Adı məktəb olsa da amma görüntüsünün bundan xəbər vermir.

Bura Tərtər rayonunun Azadqaraqoyunlu kənd orta məktəbidir. 1979-cu ildə tikilib istifadəyə verilən məktəb illərdir qəzalı vəziyyətdədir. Böyük təhlükənin astanasında olan bu məktəbin hər tərəfi uçub, dağılıb.

Şagirdlər məktəbə "dərsi yaxşı bilmərəm, iki alaram" qorxusu ilə yox, "yağış yağar, sinif otağımıza su dolar",  "göydən daş parçası başıma düşər", "divar uçar, altında qala bilərik" qorxusuyla gedirlər. Məktəblilər qapısı, pəncərəsi olmayan soyuq sinif otaqlarında dərs keçirlər.