2022ci ildə dəbli görünmək üçün bu aksesuarları taxın


Digərləri 26 Dek 2021 11:15:00 188 0

2022ci ildə dəbli görünmək üçün bu aksesuarları taxın

2022-ci ilin başlaması ilə qarderobunuzda bir az dəyişiklik etməli olacaqsınız. Artıq pələng ilində hansı geyimlərin, çantaların, hətta rəngin dəbdə olacağını sizinlə bölüşmüşük. Bu dəfə isə aksesuarlardan söhbət açacağıq.

Son.az Axşam.az-a istinadən tərzinizi tamamlayarkən seçməli olduğunuz kiçik detalları təqdim edir.

3. Kəmərlər

Əgər kəmər almaq istəyirisinizsə, o zaman mümkün qədər qalın olanlarına üstünlük verin. Növbəti il üçün geyimləri korse kəmərlərlə tamamlamaq sizin dəb haqqında məlumatlı olduğunuzu ortaya qoyacaq.

2. İncilər

Bu il olduğu kimi incilər yenə modanın mərkəzində yer alacaq. İncilərlə bəzədilmiş saç aksesuarları, qolbaqlar, çantalarda və ya geyimlərdəki kiçik detallar sizi daha incə göstərəcəkdir.

3. Çantalar

Kiçik ölçülü, mini çantalar 2021-ci ildə ön planda yer alırdı. Və əgər siz bundan bezib daha böyük çantalar taxmaq istəyirsinizsə, o zaman sizə şad xəbərimiz var. Növbəti il ölçüləri nisbətən böyük olan və tüklü çantalar dəbdə olacaqdır.