Gecə FACİƏ: "06" ilə qadını öldürdü


Digərləri 26 Dek 2021 09:58:00 164 0

Gecə FACİƏ: "06" ilə qadını öldürdü

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, Nadir Baladadaş oğlu Əliyev idarə etdiyi 42-BR-566 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə 1948-ci il təvəllüdlü Sofiya Vahab qızı Səfərovanı vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.