Əlillik təyinatı ilə bağlı YENİ QAYDALAR belə olacaq


Digərləri 26 Dek 2021 09:16:00 145 0

Əlillik təyinatı ilə bağlı YENİ QAYDALAR belə olacaq

Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq. 

Əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub. Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyir ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.

Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar  tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.