BTS qrupunun üç üzvü koronavirusa yoluxub


Dünya 26 Dek 2021 09:22:00 137 0

BTS qrupunun üç üzvü koronavirusa yoluxub

Cənubi Koreyanın BTS qrupunun üç üzvü koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qrupun idarə şirkəti "Big Hit Music"dən bildiriblər.

Şirkətin məlumatına əsasən, qrupun üzvlərində koronavirus ABŞ-dakı konsertlərdən sonra ölkəyə qayıtdıqlarında aşkarlanıb.

Bildirilir ki, koronavirus repçi RM, vokalçı Kim Sokçin, həmçinin mahnıların müəllifi və repçi Syuqidə qeydə alınıb.