Tovuzda 2 qadın dəm qazından, Gəncədə isə qız dərmandan zəhərlənib


Digərləri 20 Dek 2021 23:10:00 143 0

Tovuzda 2 qadın dəm qazından, Gəncədə isə qız dərmandan zəhərlənib

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, Alakol kənd sakini, 1995-ci il təvəllüdlü Quliyeva Gunay Eldar qızı və 1995-ci il təvəllüdlü Tovuz rayonu sakini Əliyeva Ayşə Eldar qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qadınlar yaşadığı evdə dəm qazından zəhərləniblər.

Gəncədə isə dərmandan zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış evlərinin birində baş verib.

2001-ci il təvəllüdlü A.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Gənc qızın hansı səbəbdən dərmandan zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.